Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu ölkə Azərbaycanda dərman istehal edəcək
Azərbaycanla Belarus iqtisadi cəhətdən rəqib deyil, əksinə, bir-birini tamamlayır və bu da hər iki ölkə üçün səfrəlidir.

Report xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

"Belarusun Azərbaycana ixracatı əsasən maşınqayırma, neft-kimya, əczaçılıq, hərbi təyinatlı məmulatlardan ibarətdir. Azərbaycandan isə nef-kimya məhsulları, pambıq lifləri, meyvə-tərəvəz və s. qeyri-neft məmulatları idxal etmişik", - səfir bildirib.

Ağır maşınqayırma sahəsində ikitərəfli əməkdaşlığa toxunan belaruslu diplomat bu ilin aprel ayında Gəncə Avtomobil Zavodunun sayca 10 mininci traktoru istehsal etdiyini xatırladaraq vurğulayıb ki, bu müəssisənin məhsulları artıq üçüncü ölkələrə ixrac olunur.

Gələcəkdə Azərbaycanda onkologiyaya dair dərmanlar da daxil olmaqla dava-dərman istehsalı yaratmağı nəzərdə tutduqlarını bildirən G.Ahramoviç bunun müqabilində Azərbaycanın da Belarusda öz konyak və şərablarının qablaşdırılması müəssisəsi yaratmaq, sonra da həmin məhsullarının həm Belarusda, həm də qonşu ölkələrdə satışını təşkil etmək niyyətində olduğunu diqqətə çatdırıb.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »