Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış aşıq vəfat etdi
Azərbaycan aşıq sənətinə və Şirvan aşıq məktəbinə ağır itki üz verib.

Milli.Az xəbər verir ki, tanınmış ustad Aşıq Yanvar Şirvanlı(Bədəlov) bu gün səhər saatlarında rəhmətə gedib.

Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən aşıq sənətinin sirlərinə yiələnmişdir. Orta təhsili başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirmişdir.

1963-cü ildə respublika festivalının iştirakçısı olmuş və II dərəcəli diplomla təltif olunmuşdur. 1970-ci ildən Tircan kəndində açılmış mədəniyyət evinin müdiri təyin edilmişdir. Sonralar müxtəlif baxış və müsabiqələrdə iştirak edərək, bir sıra diplom və fəxri fərmanlara layiq görülmüşdür. 2004-cü ildə isə "Respublika aşıqları" müsabiqəsinin "Şirvan aşıq sənətkarları" nominasiyasının qızıl medalına layiq görülmüşdür. Dörd oğul, bir qız atasıdır. Həm bir ağsaqqal, həm güclü ustad sənətkar kimi tanınan Aşıq Yanvarın 70 yaşı tamam olsa da, sənətkar zil səsi, incə saz ifaçılığı, çevik aşıq rəqsi bu gün də tamaşaçılar tərəfindən rəğbətlə dinlənilir, alqışlarla qarşılanır.

2016-ci il 19 sentyabr tarixinində prezident İlham Əliyevin verdiyi sərəncamla aşıq Yanvar Pirali oğluna Azərbaycan Respublikasinin Əməkdar mədəniyyət işçisi adı verilmişdir.

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Onlayn Həcc ziyarətinə ilahiyyatçıdan etiraz
Son xəbərlər
Bütün xəbərlər »