Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyalı mütəxəssislər Kəlbəcərə nə üçün gəlir?- Cavabı erməni keşiş verir...
Bu günlərdə Kəlbəcər dağlarına İtaliyadan memarlıq-bərpa işləri üzrə mütəxəssislər təşrif buyuracaq.

Moderator.az bu haqda Rusiyada nəşr edilən erməni saytlarına istinadla xəbər yayıb. Xatırladaq ki, bu ilin iyun ayında saytımızda “Ermənilər Kəlbəcərdə Xudavəng məbədini təmir edir” başlıqlı yazıda bölgədəki qədim Azərbaycan abidəsinin təmirinə başlanmasından bəhs edilirdi. Həmin xəbərdə təmirin erməni mütəxəssislər tərəfindən aparıldığı aydın olurdu. Növbəti xəbərdən isə bilinir ki, Bağlıpəyə kəndinin yaxınlığında yerləşən Xudavəng monastır kompleksinin təmirində İtaliyalı mütəxəssislər də iştirak edib. Artıq kompleksin 4 qülləsi təmir edilib.

Erməni işğalı altındakı Kəlbəcərin ruhani keşişi, Xudavəngin baş keşişi Ovanes Ovanesyan erməni jurnalistlərə bildirib ki, iyun ayında məbədin təmirinə italyan memarlar rəhbərlik edib. Hələlik İtaliyaya dönmüş əcnəbi mütəxəssislər təmir-bərpa işlərini davam etdirmək üçün bu günlərdə yenidən qanunsuz olaraq Azərbaycanın işğal altındakı torpaqlarına qayıtmalıdırlar. Kompleksin təmirinin 2020-ci ilədək bitiriləcəyi planlaşdırılır.

Paylaş »
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »