Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
150 manat borc üstündə dava qətllə nəticələndi
Qəsdən adam öldürməkdə təqsirli bilinən hər iki şəxsə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Bayraməli oğlu Əlizadə və İlham Məmməd oğlu Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2017-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu qətlə yetirib.

Məlum olub ki, V.Əlizadə K.Quliyevi pul mübahisəsinə görə bıçaqlayaraq öldürüb.

Belə ki, hər iki şəxs fəhləçiliklə məşğul olab və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc pul alıb. Borcun məbləği isə 150 manat olub. Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Tanışların pul mübahisəsi daha sonra davaya keçib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb.

Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.

Onlar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham olunurlar.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »