Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk dəfə 60 yaşında evlənən azərbaycanlı bəy və gəlinlər - MARAQLI STATİSTİKA
Dövlət Statistika Komitəsinin 2016-cı ildə evlənən bəy və gəlinlərin nikah vəziyyətinə dair məlumatında maraqlı məqamlar üzə çıxıb.

Modern.az-ın məlumatına əsasən, ötən il ölkədə 66771 nikah qeydə alınıb. Məlum olub ki, ailə quranlardan 61566 kişi və 64250 qadın hec vaxt nikahda olmayanlardır.

Ötən il 4502 boşanmış kişi və 2353 boşanmış qadın yenidən nikaha girərək, ailə qurublar.

Yeni ailə quranlar arasında dullar da az deyil. Belə ki, 703 dul kişi və 168 dul qadın da ötən il nikaha girərək, yeni ailə quranlar sırasına daxil olub.

Maraqlıdır ki, boşandıqdan sonra yenidən ailə quran kişilərdən 228-i, dul qaldıqdan sonra evlənən kişilərin isə 237-si yaşı 60-dan yuxarı olan qocalardır.

Boşandıqdan sonra yenidən ailə quran 60 yaşdan yuxarı qadınların sayı 71, dul qalandan sonra ərə gedən ağbirçəklərin sayı isə 10 nəfər olub.

Qocalarla bağlı daha bir maraqlı məqam: Ötən il 174 kişini ilk dəfə 60 yaşından sonra evləndiriblər. Eyni zamanda ata evində qarımış 60 qadın da ilk dəfə 60 yaşdan sonra ərə verilib.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »