Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maşın”dan getsə də, oyunu hələ idarə edir
Ötən gün “Maşın” realiti şousunda Xose Bernardonun oyundan getməsi Nazilə Səfərli tərəfindən planlaşdırılıb. “Qafqazinfo” xəbər verir ki, ötən gün şairə bu barədə instaqram səhifəsində məlumat yayıb.

O, hesabında video paylaşaraq hər kəsdən hədəf seçilən Səmra Rəhimliyə səs istəyib. N. Səfərli bildirib ki, şouda bir nəfərə oyun qurub:

“Bir azdan çox maraqlı bir hadisə olacaq. Bir nəfərin torbasını tikirəm. Hamınızdan xahiş edirəm ki, Səmranın şouda qalmasına köməklik göstərin. O, bizim “kukla”mız, “ciciş”imizdir”.

Şairə paylaşımına şərh yazıb ki, oyun onun üçün davam edir: “Deyim ki, oyunu hələ də, mən oynayıram. Səmraya səs verən hər kəsə təşəkkür edirəm. Orada bir ürəkli oyunçu varsa, o da Sərxan Kərəmoğludur”.

Qeyd edək ki, N. Səfərli Xose Bernardonun qurduğu oyuna görə, Xəyalə Quliyeva tərəfindən oyundan kənarlaşdırılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »