Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim Yol”un əməkdaşı mükafat aldı
Gülnarə Əmirqızı müsabiqədə ikinci oldu

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yaradılmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfransda dövlət və hökumət rəsmiləri, nazirlər, nazir müavinləri, Milli Məclisin deputatları, biznesmenlər, aparıcı KİV rəhbərləri, QHT rəhbərləri, xarici qonaqlar iştirak edirdi. Qonaqlar arasında “Bizim Yol” qəzetinin və bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyev də vardı.

Konfransı giriş sözü ilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açdı. Nazirliyin tarixinə, bu günkü fəaliyyətinə və gələcək planlarına həsr olunmuş filmin nümayişindən sonra baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, nazir Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və başqaları çıxış etdilər. Konfrans çərçivəsində Nazirliyin 100 illiyinə həsr olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi yazı müsabiqəsinə də yekun vuruldu.

KİVDF-nin icraçı direktori Vüqar Səfərlinin məlumatına görə, müsabiqəyə daxil olmuş 44 yazıdan bir yazı birinci, iki yazı ikinci və üç yazı üçüncü yerə layiq görülüb. Daha beş yazı müəllifinə həvəsləndirici mükafat təsis olunub. Qaliblər pul mükafatı və xüsusi diplomla təltif edildi. Təltif olunanlar biri – müsabiqədə ikinci yeri qazanmış Gülnarə Əmir qızı Məmmədova (Gülnarə Əmirqızı) “Bizim Yol”un əməkdaşıdır. Həmkarımızı təbrik edirik!

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »