Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fədayə Laçın hökmdən əvvəl məhkəmədə mahnı oxudu – “Xatırlayarsan məni”
Bakıda məhbusların qaçması ilə bağlı təqsirləndirilənlər şəxslərin məhkəməsi yekunlaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçması ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən şəxslər arasında Peniensiar Xidmətin vəzifəli şəxsləri və müğənni Fədayə Laçın da olmaqla 13 nəfərdirlər.

Hakim Azad Məcidovun sədrlik etdiyi iclasda Penitensiar Xidmətin sabiq əməkdaşı Fuad Hacıyev son sözlə çıxış edərək, özünü yalnız səhlənkarlıqda təqsirli bildiyini deyib və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini istəyib.

Qarovul rəisi Ceyhun Səmədovda barəsində ədalətli qərar çıxarılmasını tələb edib.

Tural Poladxanov isə son sözünü yazılı şəkildə məkəmə təqdim edib.

Məhkəmə müşavirəyə gedib.

Fasilə zamanı dəmir barmaqlıqlar arxasında olan müğənni Fədayə Laçın “Xatırlayarsan məni” mahnısını oxuyub.

Hökm bu gün elan ediləcək.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə yaydığı məlumata əsasən, 2017-ci il bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun vəzifəli şəxsləri işdən azad edilib, taborun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və digərləri məsuliyyətə cəlb edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb.

Məhbusların qaçmasına yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Mühafizə altından qaçan Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »