Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayağı amputasiya edilən şirkət rəhbəri hökmdən narazıdır
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, E.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclasın yanvarın 7-nə təyin edilib.

E.Babayev “Ulduz-S” MMC-nin rəhbəridir. O, "Yeni Yasamal" MTK-ya lift aparacağını vəd edib. Bu məqsədlə şirkətdən külli miqdarda pul alsa da, sonradan verdiyi vədinə əməl etməyib.

E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə istintaqı dövründə məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya olunub.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »