Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Qaxın abadlıq-quruculuq işlərinin davam etdirilməsinə dair sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayrılıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Qax rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, “İçəribazar” qala kompleksi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün 68 mənzilli 3 yaşayış binası inşa edilib, Mərkəzi Rayon Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunub, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, iri istehsal müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər