Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmtahanda bütün sualları düzgün cavablandırdı
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.

Təhsil Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, iyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 minə yaxın namizəd iştirak edib.

Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.

Elə müəllimlər var ki, 60 sualı doğru cavablandıraraq tam bal toplayıb. Onlardan biri də Gədəbəy orta məktəbində tədris keçən Aybəniz Əsgərovadır.

Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən A. Əsgərova iki il Gədəbəydə dərs deyib. Hazırda isə Bakıya yerdəyişmə etmək istəyir:

“Suallar yaxşı idi. Ancaq kurrikulum rast gəlmədiyim suallar idi. Məntiqlə düşünüb tapmaq olardı. Diqqətlə oxudum, düşündüm, maksimum al topladım. İmtahan çox rahat idi. Biliyi olan mütləq qazanır. Çox sevinirəm ki, qəbul imtahanla aparılır və yalnız ən güclülər qazanır.

Digər bir 60 bal toplayan müəllim isə Günay Allahverdiyevadır. Məcburi köçkün olan G. Allahverdiyeva sırf müəllimlik imtahanı üçün yox, savadlı müəllim olmaq üçün hər zaman çalışdığını bildirib: Müəllimlik fəaliyyətinə başlayacağım üçün çox həyəcanlıyam. Biliyi olan qazanır və haqqını əldə edir”.

Qeyd edək ki, imtahanlar bu gün yekunlaşır.

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
Son xəbərlər
Bütün xəbərlər »