Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanı şok edən görüntü! - Diri-diri tabuta qoydular - FOTO
Cənub Afrikada ağdərili ferma sahiblərinin bir işçini zorla tabuta qoyub, diri-diri yandırmaqla təhdid etdiyini nümayiş etdirən video ölkəni ayağa qaldırıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Viktor Mlotşva adlı qaradərili işçi zorla tabuta qoyulub. İşçisini diri-diri yandırmaqla təhdid edən ferma sahibləri Villm Oosthuizen və Teo Cekson həmçinin tabuta ilan atacaqlarını söyləyirlər.

Videoda Mlotşvanın əllərini birləşdirib dua etdiyi, qışqırıb ağladığı və "Xahiş edirəm, məni öldürməyin" dediyi eşidilib. Ferma sahiblərindən birinin isə ayağı ilə Mlotşvanı tabuta sıxdığı açıq-aydın görünüb.

Keçən ilin noyabr ayında çəkilən iki dəqiqəlik görüntünün ortaya çıxmasıyla Cənubi Afrikada əhali ayağa qalxıb. Yaşananlar uzun illər irqçilikdən çox əziyyət çəkmiş ölkədə zəlzələ təsiri bağışlayıb..

Şübhəli ağdərililər "işgəncə, öldürməyə təşəbbüs, gizlətmək" kimi cinayət əməllərinə görə mühakimə olunurlar.

[gallery columns="1" size="large" ids="12957,12958">

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »