Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksilərlə bağlı YENİ QƏRAR
Azərbaycanın baş naziri Artur Rasi-zadə "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

Trend xəbər verir ki, qərara əsasən, Qaydaların 9.5-ci bəndində "Taksilərin dayanacaq yeri" sözləri "Minik taksilərinin duracaq yeri" sözləri ilə və "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilib.

Dəyişikliyə qədər Qaydaların 9.5-ci bəndində göstərilirdi ki, sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş "Taksilərin dayanacaq yeri" yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə edə bilər.

Lakin Qaydalara dəyişiklik edilməklə, taksilərin sifariş gözləyərkən "Minik taksilərinin duracaq yeri" yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməsi məcburiləşdirilir.

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »