Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xırdalana girişdə acınacaqlı vəziyyət - Video
Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra ərazilərində yollarda hərəkət iflic olub.

Xırdalan şəhəri ərazisinə gedən yolda iri həcmli gölməçələr yaranıb.

Yağış suları avtomobillərin hərəkətinə mane yaradıb. Paytaxt sakinləri yolların vəziyyəti ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Xırdalan şəhərində yağışın yollarda yaratdığı problemə aydınlıq gətirib. O bildirib ki, həmin ərazilərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər aparılır:

“Bir neçə gün davam edən yağışlı hava şəraiti nəticəsində Xırdalan şəhərinin bir neçə küçəsində yığılan yağış suları avtomobillərin hərəkətinə təsir göstərib. Ərazinin Nizami Gəncəvi küçəsində qazıntı işləri yekunlaşıb və asfalt örtüyü çəkilib.

Lakin bəzi küçələrdə hələ də işlər yekunlaşmayıb. Bir neçə küçədə yollar işlər tam yekunlaşana qədər müvəqqəti olaraq torpaq və şebel ilə örtülüb. Hava şəraiti ilə əlaqədar işləri tam yekunlaşdırdıqdan sonra yolların asfalt örtüyü çəkiləcək”.

Xatırladaq ki, Xırdalan şəhərində mövcud içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri görülür. Tikinti-quraşdırma işlərinin tam şəkildə 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Həmin video görüntüləri təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »