Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL əhaliyə müraciət etdi
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti əhaliyə müraciət edib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, son vaxtlar AZAL tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınıb və qarşısı alınıb.

Müraciətdə bildirilir ki, fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif edib, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alıblar.

“AZAL sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır. Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısı aviaşirkətin rəsmi internet saytında təqdim olunub: https://www.azal.az/az/article/31082015 “, - deyə müraciətdə vurğulanıb.

Sosial səhifələrdə paylaş

Son xəbərlər
Bütün xəbərlər »