Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponlardan tənha insanlar üçün “sevgi robotu” - Fotolar, Video

Yaponiyada bir “start-up” şirkəti yeni robot istehsal edib.

Tənhalıqdan əziyyət çəkənlər üçün istehsal edilən “sevgi robotu” təqdim edilib və sifarişlərin ardı-arası kəsilmir.

“Groove X” şirkətinin pinqvinə bənzəyən robotunun adı ingilis dilində sevgi mənasına gələn “love” və “robot” sözlərinin birləşməsindən yaranan “Lovot” olduğu açıqlanıb. Süni intellekt texnologiyası ilə təchiz edilən robot təkərləri sayəsində hərəkət edir, çağıranda və qucaqlayanda reaksiya verir, qucaqlayıb sığallayanda isə yuxuya gedir.

“Lovot” dostluqdan əlavə üzərindəki kameranın köməyi ilə evə nəzarət imkanı da təmin edir. Şirkətin qurucusu Kaname Hayaşi günümüzdə robot texnologiyalarının və süni intellektin insanların gündəlik həyatını asanlaşdırmaq üçün ev işləri də daxil olmaqla bir çox işləri həyata keçirdiyini, “Lovot”un isə sevgi ehtiyacını qarşıladığını açıqlayıb.

İlk sifariş 2019-cu ildə təhvil veriləcək və satış qiyməti 3100 dollar olacaq. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »