Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakcell" yeni mağaza açdı
“Bakcell” Bakıda , Fəvvarələr meydanı, Tağıyev 19 ünvanında yeni tərtibatda satış və xidmət mərkəzinin açılışını etdi.

Açılışda çıxış edən "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers bildirdi ki, 2018 -ci il ərzində "Bakcell" şirkəti həm paytaxtda, həm də regionlarda bir çox satış və müştəri xidməti mərkəzləri açıb:

“Biz istərdik ki, sizə tamamilə yeni bir konsepsiya təqdim edək. Həmçinin müştərilərimizi yeni Bakcell mağazası ilə təəcübləndirək. Burda tərtibat tamamilə yenidir, interaktiv elementlər çoxdur . Müştərilər hər şeyə özləri toxuna bilər və bu yeniliyi hiss edə bilərlər. Əminəm ki, bu yenilik satışa da öz təsirini göstərəcək. Çalışacağık ki, gələcək aylarda bütün mağazalarımızı yeniləyəcək. Ancaq hamısı bu tərtibatda, bu standarta uyğun olmayacaq. Təqribən yeni tərtibatda onlar yenilənəcək”.

Nikolai Beckers həmçinin bildirdi ki, bu mağazadan telefon alan müştərini hədiyyə gözləyir:

“ İlin sonuna qədər bu mağazadan alış- veriş edən hər bir müştəriyə , xüsusi təklifimiz var. Hədiyyəmiz 1 illik, 2019- cu ilin sonuna kimi tam pulsuz, məhdudiyyətsiz zənglər və limitsiz internet paketi olacaq. Mağazamız həm satış , həm də xidmət mərkəzi kimi fəaliyyət göstərəcək. 2019- cu ilin ilk rübündə biz ümid edirik ki, bazara yeni bir xüsusi bakcell telefonu təqdim edəcəyik.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »