Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gəlməyən su üçün niyə pul verirəm" - 150 ailə suya möhtacdır - VİDEO
Şəkidə 150-ə yaxın ailə susuz qalıb

ARB TV xəbər verir ki, Salman Mümtaz küçəsinin sakinləri illərdir su problemi yaşadıqlarını bildirirlər. 150-yə yaxın ailənin su probleminin həlli üçün müxtəlif qurumlara da müraciət edilib.

Sakin: "10 ildir burada qalıram, amma hələ doyunca su işlətməmişəm. Hər yerə müraciət eləmişik. 60 manat müqaviləyə pul verdim, amma suyu vermirlər".

Sakin: "Bizi aldatdılar ki, sizə su verəcəyik. Bizdən pul yığıldı, hər ay da gəlməyən su üçün pul verirəm. Özüm fəhlə işləyə-işləyə balalarımdan kəsib pul verirəm. Qəbzlər də əlimdə, borcum yoxdur. Suyumu vermirlər.

Əraziyə suyun verilməməsi evlərin sənədlərinin olmaması ilə əlaqələndirilir.

Nüsrət İsrafilov (Şəki Sukanal TSC-nın baş mühasibi): "Həmin evlər qanunsuz tikililərdir. Ümumiyyətlə, həmin ərazinin layihədəki magistral su xətti yoxdur. Həmin evlər sənədləşdirilsə, bizim tərəfimizdən su ilə təmin ediləcək".

Verilən məlumata görə, bir neçə ailə ilə müqavilə bağlansa da, sonradan qanunsuz olduğu üçün dayandırılıb. Sənədlərə gəlincə isə Kiş çayının yaxınlığında yerləşən ərazi daşqın təhlükəsi gözlənilən ərazi hesab olunur. Buna görə də həmin ərazilər qanunsuz hesab edilir. Bu ərazilərə sənədlərin verilməsi üçün, ilk öncə, torpağın təyinatı dəyişdirilməlidir.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »