Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Facebook-da 7 milyon insanın səhifəsi "sındırılıb"
"Facebook"un rəhbərliyi bildirib ki, 6,8 milyon istifadəçinin şəxsi şəkli məxfilik sazlamalarında baş vermiş nasazlıq səbəbindən açıq girişdə əlçatan olub. Bu haqda şirkətin texniki direktoru Tomer Bara deyib.

Ictnews bildirir ki, şirkətin səhvi başqa proqramların tərtibatçılarına istifadəçilər tərəfindən yüklənmiş, amma hələ dərc edilməmiş şəkillərə müdaxilə etməyə imkan verib.

Şirkətin qiymətləndirməsinə görə, təxminən 1500 mobil proqram şəkillərə giriş əldə edə bilərdi. Artıq sözügedən nasazlıq aradan qaldırılıb.

Bara məlumat verib ki, səhvə görə cari ilin sentyabrın 13-dən 25-dək şəkillərə giriş kənar tərtibatçılar üçün əlçatan olub.

Son xəbərlər
Bütün xəbərlər »