Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran parlamentində 4 terrorçu öldürülüb - ” - İran DİN-dən terrorla bağlı AÇIQLAMA
"İran parlamentində 4 terrorçu öldürülüb - ” - İran DİN-dən terrorla bağlı AÇIQLAMA
İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb. Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.

Hazırda binada axtarış aparılır.

Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.

***

Bu gün İran paytaxtında baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Hadisələr zamanı 12 nəfər ölüb, 42 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.

***

Hüseyn Zülfüqari: Terrorçular parlamentə qadın geyimində daxil olub

İran ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: “İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”.

H. Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb: “İndiyədək parlamentdə 2 nəfər öldürülüb. Terroristlər mühasirədədir”.

İRNA dövlət agentliyi isə İmam Xomeyninin məqbərəsində terrorçulardan birinin sağ ələ keçirildiyi və atışmanın davam etdiyi barədə xəbər yayıb.

Son xəbərlər
Bütün xəbərlər »