Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının müavininə sensasion ittihamlar: “Bizi Şahmar müəllim məcbur edib”
100-dən çox zərərçəkmişin olduğu 6.5 milyon manatlıq cinayət işində Nərimanov icra hakimiyyətinin hüquqşünası da təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib.

O bildirib ki, imtiyazlı ailələr üçün nəzərədə tutulnuş evlərin verilməsində Komisiya sədri olub: "Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəninə səbədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmənişi mənim səlahiyyətində deyildi, buna Hüquq şöbəsi baxırdı".

Hakim bildirib ki, 99 faiz vətəndaş Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb: "Təqsirləndirilən şəxslərə qarşı 6,5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı irəlu sürülüb.

Ş,İbadov qeyd edib ki, bu barədə Hüquq şöbəsindən soruşmaq lazımdır: "İcra hakimiyyəti heç kəsdən pul almayıb. Hakim söyləyib ki, zərərçəkmişlərin bir çoxu gözlən əlillər deyil: "Elə məhkəmədə əyləşən zərərçəkmişlər də normal insanlardır. Onların ali təhsilləri, bir neçə evləri var. Lakin həmin şəxslər gözdən əllillər üçün nəzərdə tutulan mənzillərin alınması qeydiyyatına alınıb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub? "

İcra başçısının müavini yenə də bu suala Hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazım olduğunu qeyd edib.

Sualları cavablandıran Ş.İbadov bildirib ki, icra başçısının sərəncamları 3 ildən sonra məhv edilmir, həmin sənədlər arxivə göndərilir:

"Bu hadisələr baş verən zaman cənab başçı Abdin müəllim zəng edib dedi ki, bu işlər araşdırılıb, cinayətkar tapılmalıdır. Mən Komisiya sədri olan zaman imtiyazlı ailələrin evlə təmin edilməsi edilib".

Daha sonra təqsirləndirilən şəxslərdən - Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu hədələyib: "Belə çıxır ki, icra hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, "get polisdə izahat yaz". Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhətində problem yaranıb. Düzdü, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, "rəhbərliyin göstərişidir, işləri həll et"".

Hakimin sözlərinə görə, N.Şıxəliyev ifadəsində göstərişi Şahmar müəllimdən aldığını deyib: “N.Şıxəliyev ifadəsində bildirib. “Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq, bu işə məni Şahmar İbadov məcbur edib. Sənədlərə də Şahmar İbadovun təziqi altında imzalayıb".

N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.

Ş.İbadov isə şikayətlər çox olduğuna görə belə söz dediyini qeyd edib: "Heç kəsi məcbur etməmişəm. Nə də ki, ona müdaxilə etməmişəm".

Proses davam etdiriləcək.

Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »