Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı - VİDEO
2016-cı ildə Azərbaycanda rəsmi nikahı olmayan cütlüklərün 26 mindən çox uşağı dünyaya gəlib. Kifayət qədər çox olan bu rəqəm gələcəkdə bu şəkildə doğulan uşaqların problemlərini gündəmə gətirir.

Ötən il nikahdan kənar doğulan uşaqların sayı 26288 olub. araşdırma zamanı məlum olur ki, doüulan uşaqların əksəriyyətinin ailəsi mövcuddur. yəni əsas problem odur ki, valideynlər rəsmi nikaha barmağarası baxır. Ancaq daha da narahatedici məqam bundan ibarətdir ki, nikahdan kənar doğulan uşaqların bir sıra hüquqi problemlərinin yaranması labüddür.

Xezerxeber.az bildirir ki, bu problemlərin başında isə aliment məsələsi gəlir. Belə ki, uşaq nikahdan kənar doğulanda və sonra bu ailə dağılanda aliment təyin edilməsində ciddi problemlər yaşanır.

Nikahdan kənar doğulan uşaqlarla bağlı daha bir problem isə uşaqların xaricə çıxması anında onların ölkədən getməsinə valideynlərin mümkün etirazıdır. Çünki, valideynlərdən birinin etirazı olarsa 18 yaşına qədər uşaqlar ölkəni tərk edə bilməz.

Onu da qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin ölkə üzrə bütün din xadimlərinə göstərişi var ki, rəsmi nikah olmadan kəbin kəsilməsin. Ancaq görünən odur ki, ya din xadimləri bu qaydaya əməl etmirlər, ya da bu nikahdankənar cütlüklərin heç dini kəbini də yoxdur.

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
Son xəbərlər
Bütün xəbərlər »