Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçunun atası oyun zamanı öldü
Almaniyanın “Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası tribunada dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu haqqda “Gazeta.ru”yazır. Mixael Gentner dünən axşam “Herta” ilə matçın (2:1) gedişində anidən yıxılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı “Ştutqart” klubu açıqlama yayaraq futbolçuya başsağlığı verib.

Son xəbərlər
Bütün xəbərlər »