Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koalisiya qüvvələri yenə məscidi vurdu
ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriyanın Dey-əz-Zor vilayətinin Həccin qəsəbəsində məscidi vurub.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, əməliyyatın İŞİD-ə qarşı keçirildiyi açıqlanıb.

Bildirilib ki, 16 terrorçu məsciddə olub və zərbə nəticəsində onlar zərərsizləşdirilib.

Qeyd edək ki, bu, İŞİD-ə qarşı əməliyyat adı ilə vurulan ilk ictimai bina deyil. Koalisiya qüvvələri həmin qəsəbədə 18 oktyabrda Əmmar bin Yasir məscidinə, 19 oktyabrda Osman bin Əffan məscidinə, 21 oktyabrda Quran kursuna, 22 oktyabrda Zəviyə məscidinə, ötən həftə isə xəstəxanaya hücumlar edib. Bu hücumlarda ümumilikdə 59 sivil vətəndaş ölüb

Son xəbərlər
Bütün xəbərlər »