Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Asiyada dini ekstremizm təhlükəsi
Onun yayılması haradan qaynaqlanır?

Görünür, prezident postundan gedəndən sonra Almazbek Atambayev Qırğızıstan üçün heç də yaxşı olmayan bir miras qoymağı qərara alıb. Məhz onun idarəçiliyi dövründə ölkədə müxtəlif radikal islam təşkilatları gur şəkildə baş qaldırdılar. “Təbliği Camaat” təşkilatı bu mənada irəlidə gedir və o, hətta İŞİD döyüşçüləri yuvası kimi, habelə məşhur terror qrupları tərəfindən tanınır. Halbuki həmin təşkilatları dəstəkləyən Qırğızıstan hakimiyyəti, onunla qonşu ölkələrdə belə fəaliyyətə qadağan qoyulmasına məhəl qoymur. İndi isə Bişkekdə İslam mədəni mərkəzinin yaradılacağından söz gedir və bunun Səudiyyə Ərəbistanından gələn vəhhabilərə aid olduğu bildirilir.

Qırğızıstan radikal islam ideyalarının yayılması baxımından, artıq çoxdan belə bir imic qazanıb. Bir vaxtlar ekspertlər İŞİD-in Mərkəzi Asiyaya ayaq açacağı barədə ehtiyatla fikir yürüdürdülər. İş o yerə çatıb ki, hazırda bu mövzuda Qırğızıstanın adı Suriya və Əfqanıstanla birgə çəkilir. Doğrudan da? Qırğızıstanda hələlik kənardan hər şey sülhsevərlik və sakitlik təsiri bağışlayır. Amma bu məsələlərdən başı çıxan mütəxəssislərə görə, yaranmış situasiya daha çox həddən artıq alovlanmış ocağın üstündəki qazanın aşıb-daşacağından, yaxud hansısa partlayış olacağından xəbər verir. Bunun isə səbəbləri çoxdur.

Əvvəla, Qırğızıstan bu gün Mərkəzi Asiya respublikaları arasında yeganə dövlətdir ki, hakimiyyət orqanları dini-ekstremist təşkilat olan “Təbliği Camaatı” dəstəkləyir və beləcə onlar faktiki olaraq fəaliyyət göstərirlər. Bundan əlavə, Qırğızıstanın Ruhani Müsəlman Idarəsi az qala qibtəediləcək bir dəqiqlik çərçivəsində gəncləri bu istiqamətdə yönləndirən universitetlərə göndərir. Təbii ki, belə təhsilə yiyələnən “tələbələr”in sonralar əsl reallığı dərk etmələri çətin ki, mümkün olsun. Nəzərə alaq ki, hər hansı istənilən redikal cərəyanın islamda praktik olaraq əsas fərqləndirici cəhətlərindən biri mömin olmayanların cəmiyyətdən təmizlənməsi ideyasıdır. Belə din təbliğatçıları yaranmış vəziyyətdən, yəni, bir neçə ölkə arasında vahid iqtisadi ittifaqın şərtlərinə görə sərhədlərin açıq olmasından məharətlə faydalanır və bir ölkədən digərinə asanlıqla keçirlər. Təbii ki, Qırğızıstandan fərqli olaraq, həminə dövlətlərin ərazisində belələrini tutur və ekstremizm və zərərli təbliğata görə cəzalandırırlar. Bişkək isə Pakistana və Banqladeşə (təbliğatçıların hazılanması üzrə əsas düşərgələr adıçəkilən ölkələrdə yerləşir) yeni-yeni gənc qüvvələr göndərməkdə davam edir.

İndi belə təbliğatçılar fonunda Qırğızıstan vəhhabiliyi klassik formada satın almağa hazırlaşır.

Heç gizlin deyil ki, Səudiyyə Ərəbistanı İslam mədəni mərkəzləri açmaq bəhanəsiylə bütün dünyada çox aktiv iş aparır. Guya bu, möminlərə bir “qardaşlıq köməyi”dir. Hətta konstitusiyaya görə, dinin dövlətdən ayrı olduğu ölkələrdə belə, sözügedən İslam mədəniyyət mərkəzlərinin yaradılmasından sonra ən yaxşı halda da dini əhval-ruhiyyənin artdığı və bu istiqamətdə dövlətin işinə müdaxilələr müşahidə olunur. Buna ən yaxşı misal, ötən əsrin 90-cı illərində Çeçenistanda analoji mərkəzlərin yaradılması idi. Məhz həmin mərkəzin bazasında xoşagəlməyən radikal vəhhabilər dəstəsi hazırlanırdı və onlar 1999-cu ilin payızında çeçenləri ikinci müharibəyə sürüklədilər.

Qırğızıstanın ərazisində yaradılan “Təbliği Camaat” və vəhhabilik Səudiyyə mədəniyyət mərkəzindən bir gücə çevrilə bilər. Bu gücün partlayışı isə təkcə Qırğızıstanı deyil, qonşu ölkələri də əhatə edə bilər. Niyə?

Sadəcə “Təmiz islam”ı təbliğ edən belələləri bu gün salafizm adı ilə daha populyarlaşıblar və çox fəal surətdə məqsədyönlü iş aparırlar. Bu forma məzhəbdənkənar islam sayılır. Onlar Məhəmməd Peyğəmbər dövründən sonrakı dövrlərdə ortaya çıxan bütün dini məsələlərə etiraz etməyə çağırış edirlər ki, bunu da ərəb dünyasında ortodoksal islam adlandırmaq olar. Beləliklə, Səudiyyə Ərəbistanın klassik formada təqdim etdiyi vəhhabilik bu gün dünyaya həm də öz dini “atributları” ilə yayılır: yəni, kişilər balağı qısa olan şalvarlar geyinir, qadınlar isə hicaba bürünürlər.

Əgər məsələ təkcə geyimlə və müasir islam fəlsəfəsindən imtinayla bağlı olsaydı, o zaman hansısa təhlükədən danışmağa da dəyməzdi. İş burasındadır ki, vəhhabi-salafizm tərəfdarları Peyğəmbər dövrünə istinad edərək İslam xəlifəti qurmağa çağırış edirlər.

Qeyd edək ki, islam siyasi radikalizminin müasir ideoloqları yalnız Allahı tanımaq, onun qayda-qanunlarına riayət etmək, insanları yaşadıqları ölkənin mövcud qanunvericiliyinə riayət etməmək çağırışları edir və öz təbliğatlarını bu yöndə qururlar. Bu isə möminlər üçün hakimiyyət strukturlarının qanunlarının onlara aid olmaması anlamına gəlir. Belə fəlsəfə Pakistan və Banqladeşdəki “Təbliği Camaat” universitetlərində tələbələrə aşılanır və İslam mədəniyyət mərkəzlərində yayılır.

Bu minvalla Qırğızıstan yenidən qanunsuzluqlar və özbaşınalıqlar mərhələsinə qədəm qoya bilər. Şübhəsiz ki, belə olan halda qonşu ölkələr üçün də çox çətinliklər yaranacağı istisna edilmir. Unutmayaq ki, bir neçə il bundan öncə Suriyada və Liviyada da məhz bu şüar işə düşmüşdü: “Hakimiyyəti devir, xəlifətin yaranmasına yardım et!”

Əgər Qırğızıstan öz ərazisində belə zərərli və təhlükəli ideyaların reallaşmasını dayandırmasa və İslam mədəniyyət mərkəzləri adı altında xaricdən “sponsor yardımı”ndan imtina etməsə, yəqin ki, bir neçə ildən sonra sözügedən dövlətin radikal islamçıların əlinə keçəcəyi qaçılmaz olacaq. Yeri gəlmişkən, bəlkə də məhz bu məqsədlə Səudiyyə Ərəbistanı Krallığının sponsorluğu ilə Mərkəzi Asiyada ilk İslam tədqiqatları mərkəzinin yaradılması ideyası ortaya atılıb…

bizimyol.info

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
Son xəbərlər
Bütün xəbərlər »