Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı
Əməliyyat zamanı uşağın mədəsindən plastik çay qaşığı, əlcək, torba və kabel çıxarılıb. Onların ümumi çəkisi 2 kilo olub.

Teleqraf.com xəbər verir ki, sözügedən əməliyyat Türkiyənin Şanlıurfa şəhərində keçirilib.

14 yaşlı Məhmət Əkinçi qarın ağrısı diaqnozu ilə xəstəxanaya gətirilib.

Müayinələrdən sonra Harran Universitetinin Tibb Fakültəsinin Xəstəxanasında Əkinçinin mədə və bağırsağında yad əşyalar aşkar edilib.

Dərhal əməliyyat edilən uşağın mədə və bağırsağında olan 2 kiloqrama yaxın yad əşyalar çıxarılıb.

Əməliyyatı uğurla sona çatdıran həkimlər şok yaşadıqlarını dilə gətirib.

Son xəbərlər
Bütün xəbərlər »