Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur meyxanaçıdan Oqtaya dəstək - Foto

Məşhur meyxanaçı Aqşin Fateh həmkarı Oqtay Kamilin aparıcı Sərxan Kərəmoğlu tərəfindən "Maşın şou"dan uzaqlaşdırılmasına münasibət bildirib.

A.Fateh Oqtayın verilişin sonunda dediyi sözlərə haqq qazandırıb:

"Sağ ol Oqtay. Əsas odur ki, kişi üzlü biri kimi bir gün də olsa, ekranda sözünü deyib çıxdın".

Qeyd edək ki, şounun ilk günündə səsverməyə çıxarılan S.Kərəmoğlu Oqtay Kamilə "Kişi kimi söz verirəm ki, sənin adını çəkməyəcəm" desə də, sonda onu yarışmadan uzaqlaşdırıb.

Xatırladaq ki, hazırda maşın uğrunda 17 nəfər - əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov mübarizəni davam etdirir. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »