Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollandiyada qırmızı papaqlıların etirazı başladı - Fotolar

Hollandiyada başında qırmızı beret olan minlərlə insan küçələrə axışıb.

Nümayişçilər universitet büdcələri ilə təhsil stipendiyalarının azaldılması və iş şərtlərinə etiraz edirlər.

Lahey şəhərinə toplaşan tələbə və müəllimlər təhsillə bağlı məsələlərə etiraz edərək hökumətə reaksiya göstərib.

Minlərlə etirazçı Koekamp meydanına toplaşıb.

Etirazçılar “Rutt, rədd ol get, iqtisadi böhranın yükünü biz çəkməyəcəyik”, “Mən müəllimlərüçün burdayam, daha yaxşısına və artığına layiqik”, “Uğursuz siyasətə görə tələbə haqq ödəyir”, “Keyfiyyətli təhsil keçmişdə qaldı”, “Hökumət, öz dostlarını soy”, “Daha az faiz, daha çox pul”, “Bu siyasəti artıq qəbul etmirik, birlik vaxtıdır” kimi şüarlar səsləndirilib. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »