Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 37 metr hündürlüyündə yolka quraşdırılır - Fotolar

Qarşıdan gələn Yeni il bayramı ilə bağlı paytaxt Bakıda hazırlıq işləri görülür.

Bakının müxtəlif yerlərində yolka ağaclarının quraşdırılmasına başlanılıb. Ənənəvi olaraq şəhərin ən hündür yolkası bu il də Azadlıq meydanında quraşdırılacaq.

Uzunluğu 37 metr (ulduz daxil), diametri isə 16 metr olan Yeni il ağacını artıq sözügedən yerdə quraşdırmağa başlayıblar.

İş icraçısının Trend-ə verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa, işlər vaxtında bitəcək və yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək. (Trend.az)

Son xəbərlər
Bütün xəbərlər »