Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəbir ibadət edən rahibi parçaladı

Hindistanın Maharaştra ştatında meşədə meditasiya edən buddist rahib bəbir hücumuna məruz qalıb.

İnsident pələng və bəbirlərin məskunlaşdığı qoruğun ərazisində baş verib.

Hücuma məruz qalan rahibin hadisə yerinə öldüyü bildirilir.

Rahul Ualki adlı rahib məbəddən çox uzaqlaşaraq qoruğun ərazisinə daxil olub və meşədə, ağacın altında meditasiya etməyə çalışıb. Meşəbəyi onu təhlükə barədə xəbərdar etsə də, o, deyilənlərə məhəl qoymayıb.

Bölgənin yerli administrasiyası zərərçəkənin ailəsinə 16 min dollar kompensasiyanın ödəniləcəyini bildirib.

Hadisənin yaşandığı Tadoba qoruğunda hazırda 88-ə yaxın pələng və bəbir saxlanılır. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »