Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur"

Ermənistan silahlı qüvvələrinin inkişafı üçün beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri v.i.e. Nikol Paşinyan hökumətin iclasında deyib.

Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o bildirib ki, həmin vəsaiti tapmaq üçün çox işləmək lazımdır:

"Bu vəsaitin bir hissəsini hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına ayırmaq lazımdır. Bu, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi baxımından çox vacibdir".

N.Paşinyanın sözlərinə görə, digər mühüm tapşırıq hərbi-sənaye kompleksinin inkişafı olmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »