Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanı müdafiə etdiyi üçün rusiyalı alim istintaqa çağırıldı
Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia ilə bağlı İstintaq Komitəsinə çağırılıb.

Bu barədə APA-nın Moskva müxbirinə Oleq Kuznetsov məlumat verib.

O, avqustun 4-də ermənilərin onun “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” adlı monoqrafiyası ilə bağlı iddiası çərçivəsində İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə İdarəsinə çağırıldığını bildirib: "Avqustun 4-də İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Alekseyeviç Berlyov tərəfindən dindiriləcəyəm.

Müstəntiqin özünün qeyd etdiyi kimi, “Ermənistan vətəndaşlarından ibarət qrup”un mənim “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” adlı monoqrafiyamda cinayət tərkibinin-Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin (milli zəmində nifrətə təhrik) olmasını yoxlamaq tələbi ilə bağlı ərizəsi var. Bu ərizənin mövcudluğu ilə bağlı xeyli müddətdir xəbərim var. Hələ ötən həftənin dördüncü günü mənə bu barədə moskvalı jurnalistlərdən biri məlumat vermişdi. Sorğu keçirmək üçün bu cür dəvət tamamilə qanunidir, eləcə də belə hallarda hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətini reqlament edən Rusiya cinayət-prosessual hüququnun normalarına uyğundur”.

O. Kuznetsov formal-hüquqi nöqteyi-nəzərdən hər şeyin düzgün və qanuni göründüyünü vurğulayıb:

“Lakin İstintaq Komitəsinin divarları arasında vəziyyətin necə inkişaf edəcəyi mənə məlum deyil. Ona görə də, hər ehtimala qarşı Moskvanın tanınmış vəkili Elmar Paşayevin dəstəyini almaq qərarına gəldim. O, məni müstəntiqlə görüşümdə müşayiət edəcək. Beşinci gün, günün ikinci yarısında müstəntiqin suallarına cavab verməyə hazır olacam”.

Qeyd edək ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »