Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir” - “Qarabağ”ın müdafiəçisi

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Arsenal”la oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu əllərindən gələni edəcəklərini deyib:

““Arsenal”ı xüsusi təqdim etməyə ehtiyac yoxdur. Sabahkı oyun nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, çalışacağıq ki, meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edək. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir”.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Son xəbərlər
Bütün xəbərlər »