Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gecə yatarkən bədəndəki yağları əridən detoks
Gözəllik və sağlamlığın sirlərindən biri də normal çəkiyə sahib olmaqdır. Lakin son zamanlar dünyada artıq çəki, piylənmə problemləri geniş yayılıb. İnsanlar müxtəlif üsullarla arıqlamağa cəhd edir, bir sıra pəhrizləri, dərmanları sınayır, günlərini idman zallarında keçirirlər.

Dietoloqlar pəhriz saxlayanlara axşam saat 7-dən sonra yemək yeməməyi məsləhət görürlər. Çünki metabolizmin zəif işlədiyi vaxt qəbul ediləcək yüksəkkalorili qidalar çəkinin artması və piylənməyə səbəb olur. Lakin yatmazdan əvvəl içəcəyiniz bir qarışıq siz yuxuda olarkən belə bədəndəki yağların əriməsinə təsir edəcək.

AZƏRTAC gecə yatarkən bədəndəki yağları əridəcək detoksu sizlərə təqdim edir. Asan və sadə tərkibə malik həmin qarışığı evdə də hazırlamaq mümkündür. Davamlı olaraq içəcəyiniz halda iki həftə ərzində fərqi hiss edəcəksiniz.

1 ədəd xiyar, 1 kiçik dəstə keşniş, 1 ədəd limon, 2 dilim zəncəfil, imkana və istəyə görə 1 xörək qaşığı aloe vera geli və 1 stəkan su şirəçəkən maşında homogen qarışıq alınana kimi qarışdırılır, bir ay ərzində hər gün yatmazdan əvvəl içilir. Sonra isə iki həftə ara verib yenidən davam etmək lazımdır.

Xiyar mədə bölgəsindəki yağları əridir, xəstəliklərə tutulma riskini azaldır, artıq suyu orqanizmdən çıxarır.

Keşniş mədə-bağırsaqdakı köpü aradan qaldırır.

Limon bütün toksinləri və lazımsız yağları orqanizmdən xaric edir. Buna görə də yağları sürətli əritməyə yardımçı olur.

Zəncəfil metabolizmi sürətləndirir, qəbizliyi aradan qaldırır, aclıq hissinin qarşısını alır, bədəndə yağların sürətli əriməsinə kömək edir.

Aloe vera həm birbaşa, həm də dolayı yolla artıq çəkidən azad olmağa yardım edir.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »