Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Belə ki, 2 evdən və 1 mağazadan təmir-tikinti alətləri, pəncərə çərçivəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov,
2 avtomobildən, 1 qadının çantasından pul, yaddaş kartı, videoqeydiyyat qurğusu və 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsayev,
3 evdən pul, velosiped və geyim əşayaları oğurlamış, 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini Gülmirzə Şəfiyev,
2 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.