Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dolların məzənnəsi 15 aylıq minimumu yeniləyib
ABŞ dollarının məzənnəsi 15 aylıq minimumu yeniləyib. “APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir ki, çərşənbə günü 2016-cı ilin may ayından etibarən dolların indeksi ən aşağı səviyyəyə - 92,39-a enib.

İyul ayında dolların indeksi təxminən 3% aşağı düşüb ki, bu da dolların məzənnəsinin 5 ay ardıcıl azalması deməkdir. Qeyd edək ki, bu, 2011-ci ildən bəri ən uzun müddətli azalma hesab olunur.

Yeri gəlmişkən, cari ilin ilk yeddi ayı ərzində dollar təxminən 9% ucuzlaşıb. Sonuncu dəfə 1985-ci ilin yanvar-iyul ayında dolların məzənnəsi bu qədər zəifləyib. Həmin dövrdə dollar 12,5% dəyər itirib.

Qeyd edək ki, ABŞ-da siyasi vəziyyət, inflyasiya tempinin gözlənilən səviyyədə olmaması, o cümlədən Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrini artırması ehtimallarının zəifləməsi dolların məzənnəsinin aşağı düşməsinə səbəb olub.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər