Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda sərnişin avtobusa qoyunla mindi – FOTO
Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib.

Pressclub.az bildirir ki, bu haqda Bakı sakinlərindən biri məlumat verib: “Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyunla daxil oldu. Yol boyu qoyun yeri batırdı və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildirdilər ki, a kişi, bu nədi? O da cavab verib ki, qoyundu da, burada nə var ki?!”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: “Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsünüz? Bu, ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi nəqliyyat vasitələri var. Bu, bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə icazə verib, onu anlaya bilmədim”.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »