Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlhamə Quliyevanın oğlu haqqında qərar verildi
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O. Nadirovun vəkili Hüseyn Eynullayev müdafiə nitqi ilə çıxış edib. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib: "Eyni zamanda Orxan Nadirov məhkəmədə səmimi ifadələr verib və bu işin obyektiv araşdırlmasına öz etirafedici ifadələri ilə bir növ köməklik göstərmişdir. Eyni zamanda o, əməlindən peşmandır".

Vəkil bu halları nəzərə almaqla, məhkəmədən O. Nadirov barəsində həbslə bağlı olmayan hökm verilməsini məhkəmədən xahiş edib.

O. Nadirov söz deyərək, əməlindən peşman olduğunu bildirib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, O. Nadirov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O, 1000 manat məbləğində cərimə olunub.

İttihama görə, O. Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib.

O. Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan qarşı 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4(dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, O. Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Rəşad Vaqifoğlu

Son xəbərlər
Bütün xəbərlər »