Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis zabitini bıçaqlayanlara hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərərmovun cinayət işi üzrə son məhkəmə prosesi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi kollegiyanın hökmü ilə Əli Həsənov 14 il 6 ay, Əhmədyar Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənovun 16 il, 1976-cı il doğumlu Əhmədyar Məhərrəmov 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektindəki kafelərdən birində baş verib.1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub, Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.

Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirib, ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »