Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərə XƏBƏRDARLIQ
Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan “İnstagram” və “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib.

Azvision.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir.

“Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu. Ona görə də sükan arxasında olan hər kəs diqqətli olmalıdır. Telefonla danışmaq, əllərini sükandan buraxmaq, hətta yanında əyləşən sərnişinlə söhbət etmək inzibati xəta tərkibi yaradır və sürücü məsuliyyə cəlb olunur. Sürücü avtomobili idarəedən zaman canlı yayıma çıxırsa, bu yolverilməzdir, bunu edənlər məsuliyyətə cəlb edilməlidir”-deyə V.Əsədov vurğulayıb.

DYP rəsmisi vurğulayıb ki, avtomobil idarə edərkən canlı yayım edən sürücülər aşkar edildikdə, onlara qarşı cərimələr tətbiq edilir.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »