Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni mahnısı ifa edən Aytac: Xoşuma gəldi, oxudum – VİDEO
Müğənni Aytac Vidadiqızı erməni mahnısı ifa etməsinə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, o, özünə haqq qazandırıb.

“Mən bu mahnını dörd il əvvəl oxumuşam. Başa düşmürəm ki, indi niyə müzakirə olunur? Bu söhbəti ortaya atanlar məni istəməyənlərdir. Özü də bu mahnını məndən başqa oxuyan müğənnilər də var. Heç onların adını çəkən yoxdur, amma mənim adım hallanır. Elton Hüseynəliyev də bu mahnını oxuyub. Qaldı ki, mahnının erməni musiqisi olmasına... Elə deyirlər, amma bu, məni maraqlandırmır. Ermənilər bizim mahnılarımızı oğurlayıb öz adlarına çıxırlar. Mən də bu mahnını elə öz mahnımız kimi oxumuşam. Xoşuma gəldi, sözlərini dəyişib oxudum. Bütün ladlar bizə məxsusdur”.

Qeyd edək ki, Aytacın repertuarına daxil etdiyi “Balam” adlı mahnının erməni musiqisinin plagiatı olduğu bildirilir. Mahnının orijinal versiyası 4 il bundan əvvəl erməni müğənni Vaçe Amaryan tərəfindən səsləndirilib.

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər