Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Köhnə ayaqqabımı rənglədib geyinirdim” - Teatrda yatan Azər Axşamdan etiraflar (Video)

ARB TV-nin "Boş anlar" verilişininin növbəti qonağı aparıcı, aktyor Azər Axşam olub.

Milli.Az bildirir ki, aktyor gənclik illərində yaşadığı çətin günlərdən söz açıb:

"Teatırda yatan vaxtlarım olub. Yeyəndə içməyə, içməyə yeyəndə tapmadığım vaxtlar olub. Bir şalvarı hər dəfə gecə yuyub, səhər qurudub geyinməyə məcbur olduğum vaxtlar olub.

Ayyaqqabım köhnəlib, onu rənglədib, başqa formaya salıb geyindiyim vaxtlarım olub. O günlərimlə fəxr edirəm. Mənə elə gəlir ki, insanı insan edən çətinliklərdir. Çünki insan bütün həyatını yaxşı yaşasa, Allahdan uzaqlaşar".

Son xəbərlər
Bütün xəbərlər »