Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messinin toyunda yığılan məbləğ hamını təəccübləndirdi
İyunun 30-da Lionel Messi və Antonella Rokuzzo arasında nikah mərasimi keçirildi. Rosario şəhərində baş tutan mərasimə dəvət alan qonaqlardan hədiyyə əvəzinə argentinalı ulduzun xeyriyyə fonduna vəsait köçürmək xahiş edilmişdi. “Qafqazinfo” “Marca” nəşrinə istinadən xəbər verir ki, məşhur futbolçular və milyonçular da daxil olmaqla 260 nəfərin iştirak etdiyi toydan sözügedən fonda cəmi 9.5 min avro toplanıb.

“Nəzərə alsaq ki, Xerard Pike öz toyundan sonra kazinoda 11 min avro uduzub, bu məbləğ gülməli görünür” – deyə “Marca” yazır.

Messi toplanan vəsaitin həcminin mediaya sızmasından narazı qalıb. İspaniyanın tanınmış teleaparıcısı Aleksandro Fantino isə toyda iştirak edənləri “xəsis varlılar” adlandırıb.

Qeyd edək ki, “Barselona”nın hücumçusu toy mərasimində istifadə olunmayan qidaları da uşaq evinə göndərmişdi.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »