Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda həbs edilən İŞİD-çi: "Evlənməyə gəlmişdim"
Bakıda həbs edilən İŞİD-çi: "Evlənməyə gəlmişdim"

Suriyada və digər ərəb ölkələrində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Quba rayonunda anadan olan Rövşən Qədirov İstanbulda yaşayıb: "Orda Türkiyə vətəndaşı ilə ailə həyatı qurmuşam. 3 azyaşlı uşağım var".

Hakim bildirib ki, rəsmi nikahla bağlı arayış işdə yoxdur. Təqsirləndirilən şəxs Bakıya rəsmi nikahla düşmək üçün qayıtdığını deyib.

Rövşən Qədirov qeyd edib ki, Suriyada və ərəb ölkələrində olub: "Mən həmin ölkələrə getmişəm. Lakin heç bir silahlı əməliyyatda iştirak etməmişəm. Məqsədim humanitar yardımla bağlı olub. Həmin ölkələrdə olan müxtəlif xalqların nümayəndələrinə yardım eləmişik".

Məhkəmə baxışı avqustun 9-a təyin edilib.

Qeyd edək ki, Rövşən Qədirov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər