Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran dövlət televiziyası: Xomeyninin türbəsinin ərazisində daha bir kamikadze özünü partladıb
İran dövlət televiziyası: Xomeyninin türbəsinin ərazisində daha bir kamikadze özünü partladıb
Tehranda İmam Xomeyninin türbəsinə silahlı hücum edənlərdən ikisi qadın olub. APA-nın "Al Arabiya" kanalına istinadən verdiyi məlumata görə, qadınlardan biri özünü partladıb, ikincisi isə tutulub.

Silahlı şəxslərdən birini hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüb, digəri isə sianid turşusu içərək özünü öldürüb.

Hadisənin bəzi təfərrüatları da açıqlanıb. Məlum olub ki, hücum edənlərdən 3 nəfəri ətrafdakılara atəş açıb, biri isə üzərindəki partlayıcını işə salıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, beş nəfər yaralanıb.

İran dövlət televiziyası isə Xomeyninin türbəsinin ərazisində daha bir partlayışın baş verdiyi barədə məlumat yayıb. Məlumatda kamikadzenin özünü partlatdığı bildirilir. Ölən və yaralananlar barədə xəbər verilmir.

Qeyd edək ki, eyni vaxtda İran parlamentinə də silahlı hücum olub. Nəticədə 7 nəfər ölüb. Silahlı şəxslər 4 nəfəri hələ də girov saxlayırlar.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »