Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuzda iki maşın toqquşdu, ər-arvad yaralandı

Tovuzda xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Qazqulu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərin birində olan Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Abbasov Əkbər Hüseyn oğlu və onun həyat yoldaşı Abbasova Almaz Rüstəm qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »