Cümə axşamı , 13 Dekabr, 2018
Baş səhifə / Dünya / Avtobloqer Erik Davidıç azadlığa buraxıldı

Avtobloqer Erik Davidıç azadlığa buraxıldı

45 Views

Moskva şəhər məhkəməsinin qərarı ilə tanınmış avtobloqer Erik Davidıç (Kituaşvili) azadlığa buraxılıb.

Bu barədə “RİA Novosti”nin yaydığı məlumatda deyilir.

Bildirilir ki, məhkəmə Kituaşvilini cinayət işinin iki epizodunun köhnəlik müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxıb.

Qeyd edək ki, avtobloqer avtomobil sığortası ilə bağlı dələduzluq və “çirkli pulların yuyulması” maddələri ilə həbs olunmuşdu. (Oxu.az)