Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda bir aptek dərmanı küçənin ortasına tökdülər – FOTO
Bakının Nərimanov rayonu ərazisində, Ə.Rəcəbli küçəsində yerləşən “Qızılgül” apteki qəfil boşaldılıb və bütün dərmanlar yola tökülüb.

Şahidlərin Publika.az-a verdikləri məlumata görə, aptekin önü 1 saatın içində dərman preparatları, iynələr, ampulalar və digər dərman ləvazimatları ilə dolub. Nəticədə yoldan keçən sakinlərin hərəkətinə mane törədilib.

Satıcılardan biri deyib ki, qəfil içəri girən şəxslər apteki boşaldıblar və onları çölə çıxardıblar. Güman olunur ki, apteki boşaltdıran şəxs obyektin sahibidir.

Qeyd edək ki, əhalini daha çox narahat edən məsələ küçəyə tökülən dərman vasitələri olub. Onların içində elə dərmanlar var ki, daim soyuq şəraitdə saxlanılmalıdır. Odur ki, bu dərmanların sonrakı taleyinin necə olacağı qeyri-müəyyəndir.

Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi qurum açıqlama verməyib.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »