Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni doğulmuş körpəyə soyad vermək istəmirlər
Şəki rayonu Göybulaq kənd sakini  Nurəhmədova Hərizat  Balaş qızı "Bizim Yol" qəzetinə üz tutaraq kömək etməyimizi istəyir. Məsələ belədir ki, Hərizat nənənin himayəsində böyümüş nəvəsi Novruzova Sevinc Fərhad qızı 2016-cı ilin avqust ayında el adəti ilə Şəki rayonunun Şin kəndinə ərə gedib. Oğlan evi toy çaldırsa da, nikah kəsdirməyib. Bu məsələ qız evi tərəfindən qaldırılsa da oğlan evi bu gün sabah edə- edə məsələni yubadıb. Toydan yeddi ay sonra Sevincin həyat yoldaşı Ömərov Rizvan Ələddin oğlu bağırsaq keçirməzliyi xəstəliyi səbəbi ilə  rəhmətə gedib. Həmin vaxt Sevinc 6 aylıq hamilə olub. Əri rəhmətə getdikdən sonra Sevincin qaynanası Gülşən xanımla xırda məişət problemləri yaşanmağa başlayıb. Gülşən xanım Sevincin evdən getməsini  tələb etsə də Sevincin nənəsi körpənin  ata evində doğulmasını istəyib. Bu gün Sevincin körpə balası artıq dünyaya  gəlib və iki aylıqdır. Lakin dünyaya gələn yetim körpə görünür kimsəyə sevinc gətirməyib. Gülşən xanım körpəyə atasının soyadını verməkdən imtina edir. Bu azmış kimi qəribə bəhanələr gətirib, gah gəlinin getməsini, nəvənin ona verilməsini tələb edib, bununla belə körpəyə soyad verməkdən yenə imtina edir. Hərizat xanım redaksiyamıza müraciət edərək bu müşkül məsələnin işıqlandırılmasını, körpə uşağa atasının soyadının verilməsini istədiyini bildirir. Hələ dünyaya gəlmədən valideyn itkisi ilə qarşılaşmış talesiz uşağın bu yolla dövlətdən müavinət almasını arzulayır ki, bunda da tamamilə haqlıdır. Yəqin ki, məsələyə Şəki rayonunun aidiyyatlı qurumları diqqət yetirəcək,  körpə uşağın bütün hüquqları təmin ediləcək. Məsələni diqqətdə saxlayacağıq.

İlhamə Rəsulova

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »