Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgərlikdən qayıtmış gənc 4 yaşlı uşağa təcavüz edib
Naxçıvanda dəhşətli hadisə baş verib.

Naxçıvanda əsgərlikdən yenicə qayıtmış gənc 4 yaşlı uşağı zorlayıb.

Hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib.

Belə ki, 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Nəticədə, azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.

Uşağın iniltisini eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb, vəziyyəti ağırdır.

Verilən məlumata əsasən, Ələsgər Məmmədovu kənd camaatı cəzalandırıb. Belə ki, onun əlləri və ayaqları yandırılıb.

Mənbənin bildirdiyinə görə, təcavüzə məruz qalan uşaq ailənin neçə ildən sonra doğulan yeganə övladı olub.

Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev baş verən hadisənin təsdiqini tapdığını bildirdi: “Doğrudur, hadisə baş verib. Prokurorluq tərəfindən baş verən faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »